Uzm. Dr. Günel Ceyranova, pulmonoloq — Avropa Beynəlxalq Hospital

Nəfəs almaq çətinləşibsə, öskürək keçmirsə — ağciyər həkimi ilə danışın.

Astma, XOAX, uzun sürən öskürək və nəfəs darlığı ilə bağlı Bakıda pulmonoloq qəbulu. Şikayətlərinizi dinləyib, lazımi müayinələri və müalicəni birlikdə planlaşdıraq.

Pulmonoloqa nə vaxt müraciət etmək lazımdır

Bu şikayətlər çox vaxt sadə səbəblərdən olur, amma uzun sürürsə və ya təkrarlanırsa, həkim dəyərləndirməsi vacibdir.

  • Həftələrlə keçməyən öskürək
  • Pilləkən qalxanda və ya yeriyəndə təngnəfəslik
  • Fit səsli, xırıltılı nəfəs
  • Gecələr öskürək və ya nəfəs darlığına görə oyanmaq
  • Tez-tez təkrarlanan bronxit və ya pnevmoniya
  • Uzun illər siqaret çəkmək və ağciyərlərinizi yoxlatmaq istəmək

Xəstəliklər

  • Bronxial astma

    Fit səsli nəfəs, sinədə sıxılma və təkrarlanan öskürək tutmaları.

  • Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX)

    Siqaret çəkənlərdə illər ərzində artan təngnəfəslik və öskürək.

  • Uzun sürən (xroniki) öskürək

    Həftələrlə keçməyən öskürəyin səbəbləri və araşdırılması.

  • Nəfəs darlığı (təngnəfəslik)

    Hava çatışmazlığı hissi nə vaxt araşdırılmalıdır.

  • Pnevmoniya (sətəlcəm)

    Ağciyər toxumasının infeksiyası — əlamətlər və nə vaxt təcili müraciət etməli.

  • Bronxit

    Kəskin və xroniki bronxit arasındakı fərq, nə vaxt narahat olmalı.

Uzm. Dr. Günel Ceyranova, pulmonoloq, Avropa Beynəlxalq Hospital-da

Uzm. Dr. Günel Ceyranova

Pulmonoloq, Avropa Beynəlxalq Hospital

  • Pulmonologiya üzrə uzmanlıq (ixtisas) təhsili — Gazi Universiteti Tibb Fakültəsi Xəstəxanası
Həkim haqqında

Qəbula necə yazılmaq olar

  1. Yazın. WhatsApp-da və ya formada adınızı və sizə uyğun vaxtı qeyd edin.
  2. Vaxtı təsdiqləyin. Sizinlə əlaqə saxlanılır və qəbul vaxtı razılaşdırılır.
  3. Qəbula gəlin. Əvvəlki analiz, rentgen və ya KT nəticələriniz varsa, özünüzlə gətirin.

Avropa Beynəlxalq Hospital, Mikayıl Müşfiq küçəsi 2A, Bakı
Bazar ertəsi – Şənbə: 10:00–16:00; Bazar: Qəbul yoxdur
Xəritədə yol göstər

Təcili vəziyyət: qəfil ağır nəfəs darlığı, dodaqların göyərməsi, sinədə şiddətli ağrı və ya huşun qarışması olarsa, saytdan yazmağı gözləməyin — dərhal 103 və ya 112 nömrəsinə zəng edin.

WhatsApp Qəbul